Tramp Fransa prezidentinin xanımına sözlədiyi sözlərə görə `əxlaqsız` adlandırılıb - VİDEO

ABŞ prezidenti Donald Tramp Fransada səfərdə olarkən həmkarı Emanuel Makronun həyat yoldaşı Bricit Makrona, "gözəl fiziki formadasınız" söyləyib.
FaktXəbəri-n məlumatına görə, "Sky News" yazır ki, Paris səfəri zamanı Tramp prezident xanımına iki dəfə bu cür söz söyləyib.
Bu sözlər söylənən zaman Bricit Makron ABŞ prezidentinin xanımı Melani Trampın yanında dayanıbmış.
"The Guardian" qeyd edir ki, Trampın bu sözləri sosial şəbəkələrdə sərt etirazlarla qarşılanıb və istifadəçilər ABŞ prezidentini əxlaqsızlıqda ittiham ediblər.