Avropada yaşayan siyasi fəalın qardaşına təzyiq edildi...
Azərbaycanda yaşayan Adıgözəlov Fidail Xalik oğlu, qardaşı Adıgözəlov Dilqəm Xalik oğlunun Avropada həyata keçirdiyi siyasi fəaliyyətə görə polis tərəfindən təzyiqlərə məruz qaldığını bildirir.
Adıgözəlov Fidail Xalik oğlunun verdiyi məlumata görə, hadisə 13 iyul 2026-cı il tarixində, saat 10:00 radələrində Mingəçevir şəhəri, 1-ci Günəş döngəsi, ev 25 ünvanında baş verib. Polis əməkdaşları heç bir məhkəmə qərarı təqdim etmədən yaşadığı evə daxil olublar.
Adıgözəlov Fidail Xalik oğlunun sözlərinə görə, polis əməkdaşları Dilqəm Adıgözəlovun Avropada keçirilən etiraz aksiyalarında iştirakına dair görüntüləri izlədiklərini bildirərək həmin videoları ona da göstəriblər. Daha sonra isə qardaşının hansı ölkədə və hansı şəhərdə yaşadığını bildiklərini deyərək onun siyasi fəaliyyətini dayandırmasını və Azərbaycana qayıtmasına təsir göstərməsini tələb ediblər.
Adıgözəlov Fidail Xalik oğlu bildirir ki, bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə özü və ailə üzvləri hədələniblər.
Adıgözəlov Fidail Xalik oğlunun verdiyi məlumata görə, o, daha sonra Mingəçevir Şəhər Polis İdarəsinə aparılıb və təxminən 24 saat orada saxlanılıb. O bildirib ki, saxlanıldığı müddətdə fiziki və psixoloji təzyiqlərə məruz qalıb.
Adıgözəlov Fidail Xalik oğlunun sözlərinə görə, evə edilən basqın zamanı ailə üzvlərindən biri baş verənləri gizli şəkildə videoya çəkə bilib. Hazırda həmin videogörüntülərin onların əlində olduğu və baş verən hadisələrin sübutu kimi saxlanıldığı bildirilir.
Adıgözəlov Fidail Xalik oğlu hadisənin ictimailəşdirilməsini, məsələ ilə bağlı müstəqil araşdırma aparılmasını və hüquqi qiymət verilməsini tələb etdiyini bildirib.










