Yaponiyada daşqınlar: 15 nəfər itkin düşüb - VİDEO

Leysan yağışlar nəticəsində Yaponiyanın Fukuoka və Asakura şəhərlərində yaşayış evlərini selin aparması nəticəsində azı 15 nəfər itkin düşüb.Bu barədə France Presse xəbər yayıb.
Məlumdur ki, itkin düşənlər arasında uşaq da var.
Yerli məmurların sözlərinə görə Kyusyu adasında vəziyyət ciddi olaraq qalır. Daşqınlardan zərər çəkən rayonlarda sakinlərə yardım üçün 7,5 min polis, hərbçi və xilasedici yollanıb.