Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi - FOTO
Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.
"İç xəbər" xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda ermənistanlı Levon Aronyanla qarşılaşıb.
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da o, 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.