50 min nəfər müəllim olmaq istəyir

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə verənlərin yekun sayını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, müəllim olmaq üçün miq.edu.az saytında qeydiyyatdan keçənlərin sayı 50 min nəfərə yaxındır.
Qeyd edək ki, elektron ərizə qəbulu iyulun 1-dən 14-dək aparılıb.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.