Mikayıl Cabbarov: "Magistraturaya sənəd verənlərin sayı 46 faiz azalıb"

"Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olunanların sayı 34 faiz artıb".
Bunu təhsil naziri Mikayıl Cabbarov AMEA-nın ilk magistrlərinin Məzun günündə deyib.
Nazirin sözlərinə görə, bu da ali təhsildə keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin göstəricisidir və gələcəkdə elmi bazanın inkişafı üçün yaxşı zəmindir.