Odlar Yurdu Universiteti magistraturaya ixtisas seçimində namizədlərə kömək üçün komissiya yaradıb

Odlar Yurdu Universiteti magistratura ixtisas seçimində iştirak edəcək namizədlərə köməklik məqsədilə komissiya təşkil edib.
Universitet gələcək magistrlara ödənişsiz peşəkar yardım təklif edib.
Bu xidmət ilk gündən gənclər tərəfindən böyük maraqla qarşılanıb və 100-dən çox namizəd onlayn növbə götürərək mərkəzə yaxınlaşıb.