Bakıda orta məktəblərdə yeni təmayül sinifləri təşkil edilib

Bakıda 187 məktəbdə 709 təmayül sinif təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.
BŞTİ tabeliyindəki 187 məktəbdə 709 təmayül sinif fəaliyyət göstərir.
Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılması məqsədlərinə xidmət edir.