Azərbaycan ilə Litva arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

Fevralın 15-də təhsil naziri Emin Əmrullayev Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas ilə görüşüb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Litva arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.