Teledərslərin bu günə olan CƏDVƏLİ

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 20-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə
və unikal imkandır.
Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” kanalı ilə
yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər
portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.