Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək

"Növbəti həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək".
"İç xəbər" məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov bildirib.
O qeyd edib ki, brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək, sual doğuran məsələlərə aydınlıq gətiriləcək.