Məktəblər yenidən bağlanacaq

Bəzi valideynlərdə koronavirus aşkarlansa da, övladlarını məktəbə göndərirlər.
"İç xəbər" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirilən brifinqdə bildirib.
“Bu, sonradan sinifin 14 günlük bağlanmasına səbəb olur. Bunu etməmək olar, məsuliyyətli olmaq, qaydalara əməl etmək lazımdır”.
O qeyd edib ki, pandemiya ilə əlaqədar dörd-səkkiz həftədən sonra nə olacağı barədə məlumatlar vermək mümkün deyil: “Ona görə iki həftədən sonra məktəb olmayacağı barədə fikirlər əsaslı olmalıdır, çünki təşviş yaradır. Vəziyyəti mürəkkəbləşdirməyə ehtiyac yoxdur”.