Millət vəkili: Dərsliklərdə çoxlu sayda zərərli informasiya var

Dərsliklərdə çoxlu sayda zərərli informasiya var. Bunlar haqqında mətbuat yazır, ekspertlər danışır, amma heç bir addım atılmır.
Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı bunu deyib.
O bildirib ki, bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: “İkinci sinif şagirdinə "Dağlıq Qarabağın qayıdışına inanırsınızmı" kimi suallar verilir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar".
Deputat sözlərinə görə, bundan başqa, dərsliklərdə bəzi mətnlər ləhcə ilə yazılır.