Bakı İslam Universitetinə bu il qəbul olan şəxslər İlahiyyat İnstitutunda təhsil alacaq

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müvafiq qurumlarla məsləhətləşmələrdən sonra təsisçisi olduğu Bakı İslam Universitetinə bu il qəbul olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutunda təhsil alması barədə qərar qəbul edib.
Bu barədə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
O bildirib ki, bu qərar Bakı İslam Universitetinə əvvəlki illlərdə qəbul olanlara şamil edilmir: "Onlar təhsillərini əvvəlki qaydada davam etdirirlər".
R.Dadaşova Bakı İslam Universitetinə daxil olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutuna köçürülməsinin səbəbini isə orada eyni ixtisas üzrə pulsuz təhsilin olması ilə izah edib.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə "Bakı İslam Universiteti fəaliyyətini dayandır" yazıb.