Aprelin 29-da keçiriləcək sınaq imtahanına qeydiyyat başlayır

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.
Aprelin 29-da keçiriləcək sınaq imtahanına qeydiyyat 3 aprel saat 10:00-dan 24 aprel saat 10:00-dək aparılacaq.
Sınaq imtahanının 12 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. İmtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.