Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinəsi qaydası təsdiqlənib

Nazirlər Kabineti məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydasını təsdiqləyib.
Müvafiq qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli qanununun tətbiqi barədə" Azərbaycan Prezidentinin 2017-ci il 19 iyun tarixli fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası" təsdiqlənib.