Yeni dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri müəyyən edilib

Yeni dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri müəyyən edilib.
Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında qeyd olunub.
Qərarda deyilir:
1.“Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, həmçinin müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları bu qərardan irəli gələn məsələləri həll etsinlər. Bu qərar dərc olunduğu gündən qüvvəyə minir.