Rezidenturaya qəbul imtahanına qeydiyyat başladı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək.
Mərkəzdən verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 22 dekabr saat 17:00-dək DİM-in internet saytında (http://eservices.dim.gov.az/elimt/ResSinaqQeyd) qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.