Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə ödəniləcək mükafatın məbləği açıqlanıb

Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə dövlət tərəfindən ödəniləcək mükafatın məbləği açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev həmin şəxslərə 5000 manat mükafat veriləcəyini deyib.
Azərbaycanda 140 elmi müəssisənin olduğunu xatırladan D.Tağıyev qeyd edib ki, onların yalnız 40-ı, başqa sözlə 30 faizi AMEA-nın tabeliyindədir: "Elmi məhsuldarlığa baxdıqda, Tomson Reyters bazasına daxil olan elmi nəşrlərdə çap olunan məqalələrin 55 faizi AMEA-nın payına düşür. Dünyada tədqiqat və elmi tədqiqatla 7,8 milyon nəfər məşğul olur. Ümumilikdə son 10 ildə tədqiqat və elmi tədqiqatla məşğul olanların sayı 20 faiz artıb".