Tofiq Yaqublu Amerikaya getdi – qayıdacaqmı?

Müsavat Partiyası başqanının müavini, yazar Tofiq Yaqublu hazırda Amerikanın paytaxtı Vaşinqtonda işgüzar səfərdədir. Bu haqda T.Yaqublu sosial şəbəkədə məlumat verib.
Səfər çərçivəsində T.Yaqublunun bir çox görüşləri olacaq. Amma o, bu barədə mediaya açıqlama vermək istəmədi.
Müsahibimiz eyni zamanda səfərinin müddəti barədə də məlumat vermədi. Əməkdaşımızın “Azərbaycana qayıdacaqsızmı” sualına cavabda isə T.Yaqublu birmənalı şəkildə “bəli, qayıdacam” dedi.
T.Yaqublu Vaşiqntonda Ağ Evin qarşısında, eləcə də həmin ölkədə yaşayan həmvətənimiz Ramiz Yunusun üzərində “Musavat” sözü yazılmış maşınının önündə çəkdirdiyi fotoları sosial şəbəkə vasitəsilə paylaşıb.

