İlkin Rüstəmzadənin həyatı təhlükədə

Bu barədə məlumatı Milli Şuranın sədri Cəmil Həsənli İlkinin atasına istinadən FB səhifəsində paylaşıb:
“Dostlar! Siyasi məhbus İlkin Rüstəmzadənin həyatı təhlükədədir. İndicə onun 13 saylı cəzaçəkmə müəssisəndə təhdid olunması haqqında məlumat aldım. İlkinin atası Bəkir Rüstəmzadə zəng etmişdi, onunla görüşdən gəldiyini dedi. O, İlkinin sözlərinə istinadən bildirdi ki, 13 saylı cəzaçəkmə müəssisəsinə Elçin Əlicanov adlı yeni rəis müavini təyin edilib. Əvvəllər bu adam 2 və 17 saylı cəzaçəkmə müəssisələrində işləyib. Bəkir müəllimin sözlərinə görə Əlicanov İlkini təhdid etməklə öz vəzifəsinin icrasına başlayıb. O, İlkini hədələyib ki, sən prezidenti söymüsən və buradan salamat çıxmayacaqsan. Doğrusu, Mehman Qələndərovun müəmmalı intiharı, Abbas Hüseynin çarmıxa çəkilməsindən sonra Azərbaycan həbsxanalarında hər şey baş verə bilər”.