Müdafiə naziri: Ankara Moskva ilə S-400 alışı haqqında müqavilə imzalamağa yaxındır

Türkiyə Rusiya ilə S-400 zenit-raket sistemlərinin alışı haqqında müqavilə imzalamağa yaxındır.
Bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.
Nazir qeyd edib: "Biz sənəd imzalanmasının yekun mərhələsindəyik, heç bir problem müşahidə olunmur. İmzalanmanın vaxtını deyə bilmərəm, lakin bütün çətinlikləri arxada qoymuşuq".
Xatırladaq ki, ayın əvvəlində F.İşık Türkiyənin S-400-lərin alışının maliyyələşdirilməsi məsələsi üzərində işlədiyini bildirmişdi.