Kreml İrəvana yenə hərbi kredit ayırır

Ermənistan Rusiyadan yeni hərbi kredit almaq üçün Moskva ilə danışıqlar aparır.
Bunu jurnalistlərə açıqlamasında Ermənistan Maliyyə naziri Vardan Aramyan söyləyib. O, danışıqların bu ilin əvvəlindən başladığını bildirib.
Qeyd edək ki, Rusiya bundan öncə Ermənistana 200 milyon dollarlıq hərbi kredit ayırıb. Bu kredit çərçivəsində Ermənistana həmçinin “İsgəndər” raketləri də verilib.