Moskvanın Bakı ilə bağlı Xəzər planı

Rusiyanın Turizm üzrə Federal Agentliyi Xəzər dənizində gəmi (kruiz) turizmini inkişaf etdirməyi planlaşdırır.
Bunu jurnalistlərə açıqlamasında agentliyin rəhbəri Oleq Safonov söyləyib. O bu işə Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın da cəlb ediləcəyini bildirib. Safonov bu turizmin çox vacib və perspektivli olduğunu söyləyib:
“Bizim dostlarımız buna çox böyük maraq göstərirlər. Azərbaycan və İran bu işdə çox maraqlıdırlar. Biz artıq bu marşrutların yaradılması üçün aktiv çalışırıq”.