Putinlə Kissincer niyə görüşdü? - Peskov

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin görüşü şəxsi xarakter daşıyır.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. O, Kissincerin Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş təşkili üçün vasitəçi olması barədə sualı cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, Kissincer Rusiyaya “Primakovu oxumaq” konfransında iştirak üçün gəlib.