ÜAK RF Ali Məhkəməsinin qərarından şikayəti verdi

İyunun 15-də Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyası Ali Məhkəməsinin 15 may tarixli qərarından Ali Məhkəmənin Apelyasiya kollegiyasına apelyasiya şikayəti verib.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin müraciəti əsasında Ali Məhkəmə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv edib.