ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək

"ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonen Azərbaycana rəsmi səfərə dəvət edilib və o, dəvəti məmnuniyyətlə qəbul edib".
Bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın sədr müavini Azay Quliyev deyib.
A.Quliyev əlavə edib ki, yaxın zamanlarda rəsmi dəvət qarşı tərəfə çatdırılacaq: "Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın Büro iclası keçiriləcək. Mən bu məsələni bir daha xanım Muttonenə çatdıracam və konkret tarixi də müzakirə edəcəm. Doğrudur, ATƏT PA-nın bütün sədrləri Azərbaycana səfər edib. Ümid edirən Kristina Mittonen də yaxın aylarda Azərbaycana səfər edəcək".
O xatırladıb ki, keçən ay Milli Məclis sədri Oqtay Əsədov Sankt-Peterburqda K. Muttonenlə görüşüb və iki tərəflər arasında əlaqələrin yaxşılaşdırılması məsələsini müzakirə edib. A. Quliyev əlavə edib ki, Sankt Peterburqdakı görüşdə müzakirə olunan məsələlər hər iki tərəfləri maraqlara cavab verir.