Təziqlər və təqiblər səngimir

8 aprel mitinqi və mitinq sonrası insan haqqlarının durumu haqqında “Şəffaf İdarəçilik” İctimayi Birliyi apardığı monitorinqin nəticələrini açıqlayıb.
Hakimiyyətin açıqladığı hesbatda 8 aprel mitinqi zamanı heç bir insidentin olmadığını və heç bir ictimayi pozuntu hallarına rast gəlinmədiyi deyilir. Apardığımız müşahidələr heçdə mitinqin azad ve manesiz olmasına əsas vermir. Beləki təhlükəsizlik qaydaları iştirakçılar üçün tam təmin olunmamışdı. Mülki qeyimli təxribat törədə bilən insanlar mitinqdə kifayət qədər var idi və onlar əmir gözləyirdilər. Eyni zamanda mitinqin media qrumlarında işiqlandırılması üçün media qrumları tərəfindən əvvəlcədən mitinq komutəsinə bildiriş təqdim olunmalı idi. Bu prosedur qaydalar pərakəndə şəkildə edilmişdi.Yəni media qrumlari ,vətəndaş jurnalistikasının nümayəndələri, həvəskar vətəndaşlar və xəfiyyələr çox xaotik bir şəkildə idilər.Qaydalara görə hər bir informasiya qrumu mitinqin təşkilatçılarına öz iştirakları haqqında əvvəlcədən məlumat verməlidir. Digər tərəfdən əsas media qrumalarının fəaliyyəti məhdudlaşdırıldığı şəraitdə mitinqi işiqlandıran mənbələrə heç məhdudiyyət yaradılmamışdı əsinə şərait yaradılmışdı. Lakin mitiqdə taninmayan və vətəndaş jurnalistikası funksiysı olmayan xüsusi çəkilişlədə aparılır ki, buda sonradan xususi xidmət organlarında analız edilərək yeni yeni həbslərə yol acır.Təcrübədə bu halların dəfələrlə şahidi olmuşuq.
Artıq mitinq sonrası saxlamalar və polisə çağırmalar var beləki, mitinqdə iştirakına görə heç bir partiyanin üzvü olmayan yalnız vətəndaş mövqeyi nümayiş etdirərək mitinqdə iştirak edən İctimayi Birliklərin nümayəndələri, Sevil Kazim və İlham Malikoğlu yaşadıqları əzasilərdə polis idarələrinə çağırılıblar. Lakin çağırış şifahi olduğundan hər iki şəxs çağırışın yazılı olmasını tələb ediblər. Bundan başqa rayonlarda ictimayi aktiv insanlara təziqlər davam etməkdədir. Beləki, xususi ilə aran rayonlarında yerli icra orqanları və sahə müvəkkilləri mitinq günü kəndlərdən heç kimin çıxmasına icaze vermillər. Xüsusi insanlar vasitəsi ilə kəndən mitiqə gedənləri nəzarətə götürüllər. Saatlı rayon İcra hakimiyyətindən İlham Həziyevə hədə qorxu qəlinir ki, burdan tərəfdarlarınla mitinqə getsən həbs oluncaqsan. Belə təziqlər digər rayonlarda olan aktivislərədə edilir.Saatlıda jurnalist fəaliyyəti ilə məşqul olan İlham Süleymanov isə aprelin 8 səhər saatlarında polisə aparılaraq axşama kimi orada saxlanılıb.
Binəqədə rayon Xutor qəsəbəsində yaşayan Niyazi Qurbanov isə aprel atyının 9 da axşam saatlarında mülki geyimlilər tərəfindən evindən aparaılıb və bu günüə kimi ondan xəbər yoxdur. Anası və qardaşını müraciəti əsasında Daxili İşlər Nazirliyinə və Ombudsman aparatına edilən müraciətlər hələdə bir nəticə vermir. Saxlanılan şəxsin aqibətinin neçəliyi hələdə müammalıdır.
Ümümilikdə Azərbaycanda insan hüquq və azadlıqları qorunmur və günü gündən bu sahədə geriləmə müşahidə olunur.