Taleh Bağırova ömürlük həbs verildi

“Nardaran işi” üzrə hökmün elanı başlayıb.
100 səhifədən artıq həcmi olan hökmdən, hələlik, təqsirləndirilən şəxslər və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olan 18 polisin ifadəsi oxunub.
Qeyd edək ki, ötən il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs hazırda həbsdədir.
Mühakiməsi gedən 18 nəfərlik qrupun üzvlərinə dövlət ittihamçısı uzunmüddətli cəzalar, “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırova isə ömürlük həbs istəyib.
Nəhayət Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Taleh Bağırov ömürlük azadlıqdan məhrum edilib.