Avropada yaşayan siyasi mühacir Təbriz Quliyev Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

İcxeber.info "Liberte Azərbaycan" təşkilatına istinadən xəbər verir ki, Avropada yaşayan bir sıra mühacirlər, o cümlədən siyasi fəaliyyətinə görə təqiblərlə üzləşən və buna görə də uzun müddətdir ki, Fransada yaşayan mühacir Təbriz Quliyev (fotoda sol tərəfdən ikinci şəxs) Azərbaycandakı siyasi məhbusların azad olunmasına dəstək məqsədilə, yaşadıqları şəhərdə 26 aprel 2025-ci il tarixdə dinc aksiya keçirmişlər.
Aksiya iştirakçıları Azərbaycanda son dövrlər get-gedə artan, jurnalist və azad fikir sahiblərinin qanunsuz və şərlənərək cinayət məsuliyyətinə cəlb edilmələri və həbs olunmalarına qarşı şüarlar səsləndirmişlər.
Siyasi mühacir Təbriz Quliyev, ona qarşı hələ də Azərbaycanda davam edən təzyiqlərə, ailə üzvlərinə qarşı olan təhdidlərə baxmayaraq, öz əqidəsinə sadiq qalıb qanunsuz olaraq həbs olunmuş bütün siyasi məhbusların azad olunması ilə bağlı sosial media vasitəsilə Azərbaycan hökümətinə çağırışlar etmişdir.
Bununla bağlı Təbriz Quliyevin qardaşı Araz Quliyev də redakasiyamıza məlumat vermişdir. O, bildirmişdir ki, qardaşının (Təbriz Quliyev) öz siyasi fəaliyyətini Avropada davam etdirməsi, tez-tez onları polisin təzyiq və təhdidləri ilə üz-üzə qoyur.
Xatırladaq ki, Təbriz Quliyev Azərbaycan hakimiyyəti tərəfindən üzləşdiyi təzyiqlərə görə,ailəsi ilə bir müddətdir ki, Avropada mühacir həyatı yaşayır. Həmçinin o, yaşadığı ölkədə mütəmadi olaraq keçirilən, Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edən dinc aksiyaların həm təşkilatçısı, həm də fəal iştirakçısıdır.