“Rusiya Avropada 1945-ci ildən bəri ən böyük müharibəni planlaşdırır” - Conson

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, sübutlar Rusiyanın “1945-ci ildən bəri Avropada ən böyük müharibəni” planlaşdırdığını göstərir.
"Həqiqət budur ki, bütün əlamətlər planın bəzi aspektlərdə artıq başladığını göstərir" deyə Conson BBC-yə bildirib.
Kəşfiyyat məlumatlarının Rusiyanın Ukraynanın paytaxtı Kiyevi mühasirəyə alacaq bir işğala başlamaq niyyətində olduğunu göstərdiyinə diqqət çəkən Conson, ABŞ prezidenti Co Baydenin Qərb liderlərinə Rusiya qüvvələrinin Ukraynaya təkcə şərqdən, Donbas üzərindən deyil, həm də Belarus və Kiyevətrafı bölgədən girməyi planlaşdırdığını söylədiyini deyib.
“Qorxuram ki, bizim gördüyümüz plan 1945-ci ildən bəri Avropada ən böyük müharibə üçündür” deyən baş nazir əlavə edib ki, insanlar təkcə ukraynalıların deyil, həm də rusiyalı gənclərin potensial itkilərini nəzərə almalıdırlar.