“Biz müharibədə ona görə uduzduq ki..." - Arayik Arutyunyandan etiraf

"Biz müharibədə ona görə uduzduq ki, 26 ildə iqtisadiyyatımız inkişaf etməyib, əhalimizin sayı artmayıb, orduya lazımi diqqət ayırmayıb”.
"İç xəbər" xəbər verir ki, sözləri Qarabağdakı qondarma rejimin rəhbəri Arayik Arutyunyan deyib. Qondarma rejimin "Azadlıq Döyüşçüləri İttifaqı”-nın bir qrup üzvü ilə "Vətənin Müdafiəçisi” günü münasibəti ilə görüş keçirən Arutyunyan bildirib ki, qalib gəlmək təkcə müharibə demək deyil:
"Gələcəkdə qalib gəlmək üçün bu gündən yeni gündəmlə, ölkəmizdə yaşamaqla, inkişaf etmiş iqtisadiyyata, demoqrafik artıma malik olmalıyıq. Biz keçdiyimiz yola qiymət verməli, həmvətənlərimizin qədrini bilməliyik. Elə bir ölkə qurmalıyıq ki, orada yaşamaq şərəfli və xoş olsun, Qarabağda misli görünməmiş sosial təminatlar olsun, hər bir ailənin ayrıca mənzili olsun və doğulan hər uşağa minimum sosial müavinət verilsin. Əgər bunu etsək, bizim gələcəkdə qalib gəlmək şansımız olacaq və müharibənin olması mütləq deyil, qalib gəlmək təkcə müharibə demək deyil”.