Müharibənin ola biləcəyi üç mümkün bölgə – ŞOK İDDİA

ABŞ-da dərc olunan “Wall Street Journal” qəzetinin şərhçisi Cerald Seyb hərbi konfliktin yarana biləcəyi bölgələr barədə yazıb.
"İç xəbər" xəbər verir ki, məqalədə ABŞ üçün əsl drama çevrilə biləcək üç hərbi konfliktdən bəhs edilir.
O qeyd edib ki, ABŞ və müttəfiqləri bir çoxlarının düşündüyündən dahŞa təhlükəli dövrə gəlib çıxıblar.
Mümkün toqquşmalar sırasında müəllif ilk növbədə Rusiyanın Ukraynaya müdaxiləsini göstərir. Arqument olaraq Rusiyanın Ukrayna sərhədinə texnika və canlı qüvvə cəmləməsini göstərir.
İkinci toqquşma zonası Çinin Tayvanda əməliyyat keçirməsi ilə yarana bilər.
Seybin fikrincə, üçüncü təhlükə İran nüvə proqramı üzrə danışıqların pozulmasıdır.
“Danışıqlarda aqressiv münaribət və eyni zamanda uranın getdikcə daha çox zənginləşdirilməsi Tehranın ən azından nüvə həddinə çatmaq niyyətindən xəbər verir”, – deyə ekspert bildirib.
O hesab edir ki, ABŞ İranın nüvə statusu ilə razılaşacaq, amma bu, İsraili narahat edir.