Ruslara qarşı soyqırım həyata keçirilir – Putin

Ukraynanın cənub-şərqində hazırki situasiya soyqırımı xatırladır.
"İç xəbər" xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Rusofobiya haqqında danışanda birinci olaraq soyqırımı qeyd etməliyik. Donbasda indi baş verənləri yaxşı görürük və bilirik. Bunlar soyqırımı xatırladır. Burada ehtiyatla hərəkət etmək lazımdır ki, bu anlayışlar mahiyyətini itirməsin. Gəlin, düşünək”, – deyə Kreml rəhbəri bildirib.