Azərbaycanın müharibədə Ermənistan üzərində qələbə qazanması çox mühüm tarixi hadisədir - Ehud Barak

Azərbaycanın müharibədə Ermənistan üzərində qələbə qazanması çox mühüm tarixi hadisədir.
Bunu VIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında İsrailin keçmiş müdafiə naziri Ehud Barak deyib.
O bildirib ki, Azərbaycan bu müharibə ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini praktiki olaraq özü icra edib: “Azərbaycanın torpaqlarını işğaldan azad etməsi həm də beynəxalq ədalətin yerinə yetirilməsi deməkdir”.