53 deputat müraciət etdi: Növbədənkənar iclasın gündəliyində bir məsələ var

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasının gündəliyi açıqlanıb.
Toplantının gündəliyinə 1 məsələ daxil edilib.
Bu, Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələdir.
İyulun 31-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.