"Taliban"nın ələ keçirdiyi rayonların sayı məlum oldu

Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstan hökumətinin rəsmisi Nadir Nadiri "Taliban" qruplaşmasının ələ keçirdiyi rayonların sayını açıqlayıb.
O, verdiyi açıqlamada vurğulayıb ki, 116 rayon hazırda "Taliban" qruplaşmasının nəzarəti altına keçib.
"13 milyondan çox Əfqanıstan vətəndaşı hazırda "Taliban"nın nəzarət etdiyi rayonlarda yaşayırlar. Lakin onlar hazırda rifahdan və təhlükəsizlikdən çox uzaqdadırlar", - deyə Nadir Nadiri diqqətə çatdırıb.
Nadir Nadiri qeyd edib ki, 116 rayonun işğal edilməsi ilə dövlət qurumlarına 500 milyon dollarlıq ziyan vurulub.