BMT İsrailin hücumlarını araşdıracaq

"İç xəbər" Eastnews.org-un verdiyi xəbərə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası İsrail ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, İsrailin 11 günlük müharibə zamanı törətdiyi qətliamlar və insan haqları pozuntuları BMT tərəfindən araşdırılacaq.
Qərara İnsan Haqları Şurasının 47 üzvündən 24 lehinə, 9u əleyhinə və 14ü bitərəf qalıblar.
İsrail Xarici İşlər Nazirliyi qərara etiraz edərək qərəzli mövqe olduğunu iddia edən bəyanat yayıb.