Ermənistanın KTMT-dən bəyanat TƏLƏBİ – Köçəryanın gizli planı

“İşğaldan azad olunan torpaqlara dəymiş ziyanın dəyərləndirilmə prosesi öz sürəti ilə davam edir. Ortaq rəqəmin çıxarılması üçün əmlak məsələləri üzrə mütəxəssislərin minalanmış ərazilərə daxil olub, qiymət çıxarma prosesi çətindir. Bu səbəbdən proses bir az ləngiyir. Bundan başqa ərazilər miqyas baxımından çox genişdir. Proses haqqında hər tərəfli əsaslandırılmış və beynəlxalq ictimaiyyəti qane edəcək sənəd tərtib edilməlidir. Bütün bu proseslərin tam dəqiqliqlə həyata keçirilməsi üçün müəyyən zamana ehtiyac var”.
"İç xəbər"xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın təzminat məsələsinə mane olan SƏBƏBLƏR
O, dəymiş ziyanın hesablanması işlərinin tam sürətlə davam etdiyini, bunun üçün mütəxəssislırin çətin şərait olduğuna baxmayaraq, bütün məsuliyyəti ilə çalışdıqlarını qeyd edib.
Söhbət əsnasında hərbi ekspert son zamanlar ermənilərin sərhədboyu törətdikləri təxribatıardan da danışıb. Ə.Verdiyevin fikrincə, buna əsas səbəb Ermənistanda keçiriləcək seçkilərdir.
“Ermənistanın daxilində ölkədə iyunda keçiriləcək parlament seçkilırini təxirə salmaq istəyən qüvvələr var. Bu səbəbdən onlar elə vəziyyət yaradırlar ki, ölkədə fövqaladə vəziyyət elan olunsun və seçkilər keçirilməsin. Ermənistanın eks prezidenti Robert Köçəryan hazırda məğlub olacağını bildiyinə görə, seçkinin keçirilməsini qəti istəmir. Köçəryanın tərəfdaşlarının fikrincə, hazırda Nikol Paşinyanın şansı daha çoxdur”.
Hərbi ekspert onu da qeyd etdi ki, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının əsas səbəbi Zəngəzur dəhlizinin açılma prosesidir.
“Paşinyan seçildiyi təqdirdə Zəngəzur dəhlizi açılacaq, çünki baş nazir əvəzi dəfələrlə bu və digər komunikasiyaların açılması haqqında mesajlar verir. Ona görə də ölkədə Köçəryanı dəstəkləyən hərbi qüvvələr seçkilərin təxirə düşməsi üçün aktiv işlər aparır. Məlumdur ki, bir müddət əvvəl hərbi gərərgahda 40 nəfər general Paşinyanın əleyhinə sənəd imzalayıb. Onik Qasparyandan başqa o generalların hamısı vəzifədədirlər. Məlum məsələdir ki, Köçəryana yaxın olan qüvvələr də bu təxribatda maraqlıdırlar”.
Ə.Verdiyev təxribatlarda digər ikinci səbəb Ermənistanın KTMT-nin diqqətini öz üzərinə cəlb etmə cəhdləri adlandırıb.
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına dəfələrlə müraciətinə baxmayaraq, indiyə qədər müsbət cavab ala bilməməsidir. KTMT-də təmsil olunan dövlətlərdən Belarusiya və Qazaxıstanın isə Azərbaycanla geniş iqtisadi əlaqələri var. Bütün bu proseslərə nəzər salsaq görərik ki, sanki Ermənistan Rusiyadan bir fəaliyyət, bəyanat gözləyir. Bundan başqa Ermənistan KTMT-dan bəyanata nail olmaq istəyir. Çünki ortada heç bir bəyanat belə yoxdur. Mənim fikrimcə, hazırda baş verən təxribatlarda bu iki səbəb daha qabarıq şəkildə özünü biruzə verir”.