Füzuli rayonu ərazisində erməni cəsədlərinin axtarışına BAŞLANILIR

Bu gün ikinci Qarabağ müharibəsində ölən erməni əsgərlərinin cəsədlərinin axtarışı bərpa edilir.
İçxəbər “Armenpress”ə istinadla xəbər verir ki, axtarışlar işğaldan azad edilmiş Füzuli rayonu ərazisində aparılacaq.
Qeyd edək ki, mayın 4-dən bu əməliyyatlar dayandırılmışdı.
İndiyədək 27 mülki şəxs daxil olmaqla, 1553 nəfərin qalıqları tapılıb.