ABŞ Səudiyyə Ərəbistanına əlavə qırıcı təyyarələr yerləşdirib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus əlavə F-18 “Hornet” döyüş təyyarələri Səudiyyə Ərəbistanına yerləşdirilib. İç xəbər xəbər verir ki, bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumatda təyyarələrin Səudiyyə Ərəbistanına Yaxın Şərqdə şiddətin artması fonunda təhlükəsizlik və sabitliyi təşviq etmək üçün göndərildiyi qeyd olunur.
Bildirilir ki, təyyarələr Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına yerləşdirilib.