Ermənistanın BQ rəisinin keçmiş müşaviri qorxur: “Azərbaycan hücum təşkil edə bilər”

“Azərbaycan Silahlı Qüvvələri Tavuş vilayətində Sünik ssenarisini təkrarlaya bilərlər”. İç xəbər xəbər verir ki, bunu beynəlxalq təhlükəsizlik məsələləri üzrə erməni ekspert, Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın müşaviri Vladimir Poğosyan deyib.
Erməni ekspertin qorxusu var ki, yaxın gələcəkdə Azərbaycan bu istiqamətdə əməliyyatlara başlaya bilər, lakin Sünikdən fərqli olaraq Tavuşda hərbi toqquşmalar baş verə bilər.
Poğosyanın sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində hökm sürən vəziyyət aysberqin zirvəsidir.