Ermənilər qorxu içində, Paşinyan isə diplomatiya deyir – Zəngəzurda nə baş verir?…

“Çərşənbə günü Syünikdə (Zəngəzur) baş verənlər təxribat hərəkatıdır”.
İç xəbər “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu fikirləri baş nazir nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında səsləndirib. Paşinyan qeyd edib ki, hazırkı vəziyyətdə soyuqqanlı olmaq, eyni zamanda milli və dövlət maraqlarını qorumaq lazımdır: “Mövcud vəziyyət qəbuledilməzdir. Ermənistan mövcud vəziyyətlə barışa bilməz, amma ən başlıca prioritetimiz vəziyyəti danışıqlar, o cümlədən diplomatiya yolu ilə həll etməkdir. Ancaq bu seçimlərdən biridir”.