Faşizm üzərində qələbədən 76 il ötür

Bu gün faşizm üzərində qələbənin 76 ili tamam olur.
1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci dünya müharibəsində faşizm üzərində qələbə qazanıldı.
Qələbə günü postsovet ölkələri və İkinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur.
İkinci dünya müharibəsində faşizmə qarşı 600 mindən çox azərbaycanlı döyüşüb, onlardan 300 mini qələbə uğrunda canından keçib.
Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.