Hindistanında müxalifət lideri hökuməti tam qapanma tətbiq etməyə çağırıb

Hindistanında son sutka ərazində COVID-19-a 401,000 yeni yoluxma, 4200 ölüm halı qeydə alınıb.
İctimai səhiyyə ekspertləri Hindistanda real göstəricilərin daha yüksək olduğuna və yoluxmaların may ayının sonunda pik həddə çatacağına inanır.
Hindistanın əsas müxalifət lideri Rahul Qandi hökuməti ölkə boyu qapanma tətbiq etməyə, vaksinasiya kampaniyasını sürətləndirməyə və virusu və onun mutasiyalarını izləməyə çağırıb.
“Ölkəmizdə virusun idarəolunmaz şəkildə yayılmasına icazə vermək təkcə xalqımız üçün deyil, bütün dünya üçün faciəvi olacaq,” - Qandi deyib.
Britaniya Hindistandakı COVID ştammının narahatlıq doğurduğunu bildirib.