Türkiyə, İsraili Şərqi Qüdsdə qanunsuz yaşayış məntəqələri inşa etməyi dayandırmağa çağırır

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu, İsraili Şərqi Qüdsdə qanunsuz yəhudi yaşayış məntəqələri yaratmaq siyasətindən imtina etməyə çağırıb.
İç xəbər "Milliyet"ə istinadən xəbər verir ki, nazir bunu fələstinli həmkarı Riyad əl-Maliki ilə Ankarada keçirdiyi ortaq mətbuat konfransında bəyan edib.
"İsrail Şərqi Qüdsdə və İordan çayının qərb sahilində işğal siyasətini davam etdirir və qeyri-qanuni məskunlaşmaları genişləndirmək və ya fələstinlilərin evlərini qeyri-qanuni şəkildə məskunlaşanlara vermək üçün yeni addımlar atır, bu isə gələcəkdə sabitliyin daha da pozulmasına yol aça bilər", o deyib.
Çavuşoğlu, Ankaranın Fələstində seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib:
"Fələstindəki seçkilərin 2006-cı ildə olduğu kimi demokratik və şəffaf şəkildə keçiriləcəyinə şübhə etmirik"
Çavuşoğlu bildirib ki, Ankara fələstinlilərin hüquqları uğrunda ədalətli mübarizəsinə dəstək verməyə davam edəcək.