Xamenei Cavad Zərifi tənqid etdi - Amerikalıların dediklərin təkrarlayır

İranın Ali dini lideri Ayətullah Əli Xamenei Xarici İşlər naziri Cavad Zərifi Qasım Süleymani barədə dedikləri sözlərinə görə tənqid edib.
O bildirib ki, diplomat üzücü ifadələr səsləndirib:
“Bəzi yüksək rütbəli şəxslərdən eşidilən sözlər insanı heyrətə gətirir. İnsan bu sözləri eşidəndə üzülür. Bu sözlər bəzi düşmənlərin dediklərinin təkrarıdır. Bunlar amerikalı rəsmilərin dediklərinin təkrarıdır”.
Qeyd edək ki, mətbuatda yayılan səs yazısında Cavad Zərif, Qüds Korpusunun keçmiş komandanı general Qasım Süleymanini Rusiya ilə əlbir olaraq nüvə sazişini pozmağa cəhd etməkdə ittiham edib.