Rusiyanın Ukrayna sərhədinə yığdığı hərbi qulluqçuların sayı 150.000-dən çoxdur

“Rusiya Ukrayna sərhədində və ilhaq edilmiş Krımda 150 mindən çox əsgər cəmləşdirib”. İç xəbər xəbər verir ki, bunu Avropa İttifaqının baş diplomatı Cozep Borel deyib.
Borel Ukrayna sərhədlərindəki hərbi gücün indiyədək ən böyük olduğunu bildirməsinə baxmayaraq, hələlik yeni iqtisadi sanksiylara və ya rus diplomatların qovulmasının planlaşdırılmadığını qeyd edib.
Pentaqon da Rusiyanın hərbi gücünün 2014-cü ildəki ilə müqayisədə daha böyük olduğunu və bunun təlim məqsədli olmadığını bildirib.