Erməni politoloq: “Bu, ümumiyyətlə Rusiyanın beynəlxalq imicinə sillədir”

“Lap əvvəldən, noyabrın 9-dan başlayaraq Ermənistanda əsirlər məsələsi daxili siyasi manipulysiyalar və dividentlər qazanmaq mövzusuna çevrilib”. Bunu erməni politoloq Harutyun Mkrtçyan deyib.
Onun sözlərinə görə, əslində bu məsələ Ermənistanda ümumilli məsələdir, bütün millətin problemidir, lakin bəzi siyasi qüvvələr və fərdlər bunu şəxsiləşdirməyə və cəmiyyətə o şəkildə təqdim etməyə çalışırlar ki, onlar hakimiyyətə sahib olacaqları halda bu məsələdə daha ciddi rola sahib ola bilərlər.
“Bu, müxalifətə aiddir. Hakimiyyət isə bu baxımdan cinayətkar hərəkətsizlik göstərir, çünki əsirlər məsələsini beynəlxalq məsələyə çevirmək, böyük beynəlxalq qalmaqal qaldırmaq olardı. Halbuki Ermənistan hakimiyyəti davamlı olaraq bu məsələnin həllini yalnız Moskvada axtarır. Moskvada axtarması təbiidir, çünki Moskva 9 noyabr bəyanatının üçüncü tərəfidir. Lakin biz Moskva tərəfindən hərəkətisizlik, deyim ki, cinayətkar hərəkətiszizlik görürük. Faktiki olaraq Moskvada alınmır. Mən dünən yox, o biri gün baş vermiş hadisəni belə başa düşürəm. Bu, sülhməramlı fəaliyyəti ilə bağlı Rusiyaya, həm də ümumiyyətlə Rusiyanın beynəlxalq imicinə sillədir”, - deyə o qeyd edib.