Qardaşı Ziya Məmmədovla bağlı suala cavab vermədi

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun istintaqa cəlb olunmasıyla bağlı xəbərlər yayılıb. Eks-nazirin külli miqdarda dövlət əmlakını mənimsədyinə dair məlumatlar var.
Ziya Məmmədovun istintaqa cəlb olunmasıyla bağlı xəbərlər həqiqəti əsk etdirirmi?
"İç xəbər" xəbər verir ki, Modern.az saytı onun qardaşı Eltun Məmmədovla dəqiqləşdirmə aparmaq istəsə də, o, bundan imtina edib. E.Məmmədov qardaşı barədə danışmaq istəməyib:
“Dəfələrlə mətbuata, dəyərli jurnalistlərə bildirmişəm ki, şəxsimlə, fəaliyyətimlə bağlı nə soruşsanız, açıqlamağa hazıram. Amma bu mənə aid məsələ deyil. Mənə aid olmayan məsələ ilə bağlı açıqlama istəməniz və mənim də buna münasibət bildirməyim etik deyil. Xahiş edirəm nəzərə alasıznız”.
Xatırladaq ki, ölkənin ən varlı oliqarxlarından biri sayılan Ziya Məmmədov 2002-ci ildən 2017-ci ilədək Azərbaycanın nəqliyyat naziri vəzifəsində çalışıb.